Rusiyada pandemiya qurbanlarının sayı 16 mini ötdü

  • 2020.08.20 12:03
  • 2423 Baxış
Rusiyada pandemiya qurbanlarının sayı 16 mini ötdü

Rusiyada son bir gündə daha 4 785 nəfərə COVID-19 diaqnozu qoyulub.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 942 106 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 110 nəfər artaraq 16 099-a yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 755 513 nəfər sağalıb.