Rusiyada sutkalıq yoluxma sayı 19 mini ötdü

  • 2020.11.04 12:15
  • 6959 Baxış
Rusiyada sutkalıq yoluxma sayı 19 mini ötdü

Rusiyada son sutka ərzində daha 19 768 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Medicina.az-ın TASS-a istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 693 454 nəfərə çatıb.

Son sutka ərzində 389 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 29 217 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.