Rusiyalı müğənni səhhətindən şikayətləndi

  • 2023.10.05 16:33
  • 2098 Baxış
Rusiyalı müğənni səhhətindən şikayətləndi
Rusiyalı müğənni Anna Semenoviç səhhətindəki problemlərindən və müalicənin effektsiz olmasından danışıb.

“Medicina” xəbər verir ki, o, qastrollardan sonra bağırsaq infeksiyası tutduğunu açıqlayıb.

Müğənni xəstəliyini açıqlamaq istəməsə də, sonradan vəziyyətinin düzəlmədiyini görüb izləyicilərindən məsləhət almaq üçün bu qərara gəlib.

Anna ona antibiotiklərdən ibarət güclü müalicə yazıldığını bildirsə də effekt görmədiyini deyib.

Dərmanla yanaşı dieta saxlayan müğənni alkoqol içmədiyini bildirib.

Amma istirahətə gedəcəyi üçün buna dözməyəcəyini deyib.

“Türkiyədə istirahət zamanı mən çox alkoqol qəbul etdim, içkiləri qarışdırdım. Çox güclü təsir etmişdi. Məsləhət üçün kimə üz tutdum, mənə çox içməməyi dedi”.

Aygün Musayeva