Rusiyanın məşhur aktyoru koronavirusdan ÖLDÜ

  • 2021.11.20 12:22
  • 808 Baxış
Rusiyanın məşhur aktyoru koronavirusdan  ÖLDÜ
Rusiyanın məşhur aktyoru Valeri Qarkalın koronavirusdan vəfat edib.

Medicina.az TASS-a istinadən xəbər verir ki, sənətçi oktyabrın əvvəlindən xəstəxanada müalicə alırmış.

Bildirilib ki, vəziyyəti sürətlə pisləşən aktyor noyabrın 7-də süni tənəffüs aparatına qoşulubmuş. Ancaq həkimlərin səylərinə baxmayaraq, sənətçi 67 yaşında xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, V.Qarkalin 1954-cü il aprelin 11-də Moskvada anadan olub. O, ümumilikdə 70-dən çox film və serialda çəkilib. 1995-ci ildə çəkildiyi "Şirli-Mırli" komediya filmində yaratdığı obrazla yadda qalıb. V.Qarkalin həmçinin "Baş müfəttiş", "Fırıldağın əhliləşdirilməsi", "Üç qəpiklik opera" və başqa tamaşalarda rollar ifa edib.