Rusiyanın yeni vərəm testini ÜST təsdiq etdi

  • 2022.10.05 14:47
  • 1476 Baxış
Rusiyanın yeni vərəm testini     ÜST təsdiq etdi

ÜST vərəmin diaqnostikasına yeni test daxil edib.

"Medicina" xəbər verir ki, ilk dəfə Rusiyanın innovasion testi dünya səhiyyəsinin metodik tövsiyəsinə daxil edilib.

Bu test xəstəliyi çox erkən mərhələdə təyin edir.

Dəri testi 99% halda düzgün nəticə göstərir, yanılma ehtimalı sıfırdır.

İnfeksiayaya yoluxmanı tez təyin edir, bu da vaxtında müalicəyə kömək edir.

Test artıq Rusiyada tətbiqə başlayıb.

Aygün Musayeva