Saakaşvili aclıq aksiyasını dayandırır

  • 11 Noy 2021 18:59
  • 355 Baxış
Saakaşvili aclıq aksiyasını dayandırır

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili Qldani penitensiar xəstəxanasından köçürüləcəyi təqdirdə Strasburq məhkəməsinin qərarını diqqətə alaraq aclıq aksiyasını dayandıracağını açıqlayıb.

Medicina.az xəbər verir ki, bu barədə M. Saakaşvili “Mtavari Arxi” telekanalının direktoru Nika Qvaramiaya məktubunda bildirib.


“Mən Strasburq məhkəməsinin qərarını diqqətə alaraq aclıq aksiyasını dayandırmaq barədə qərar qəbul etmişəm. Aclıq aksiyasından sonrakı reabilitasiya aclığın idarə edilməsindən daha çətindir, lakin Qldani xəstəxanasında nə texnoloji imkanlar, nə də müvafiq ixtisaslı həkimlər var”, - M. Saakaşvili qeyd edib.