Sabah halqavari Günəş tutulması Baş verəcək

  • 09 İyn 2021 19:40
  • 560 Baxış
Sabah halqavari Günəş tutulması  Baş verəcək

İyunun 10-da ilk Günəş tutulması hadisəsi baş verəcək.

Bu, həlqəvari Günəş tutulmasıdır.

Bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, tutulma hadisəsi saat 12:12:15-də başlayacaq və 17:11:16-da sona çatacaq. Ümumilikdə 4 saat 59 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 14:43:06-da olacaq.

Bu Günəş tutulmasının həlqəvari fazası Rusiyanın, Qrenlandiyanın və Şimali Kanadanın bəzi yerlərində, qismən tutulma hadisəsi isə Avropanın çox hissəsi, Asiyanın böyük bir hissəsi, Şimali və Qərbi Afrika, Şimali Amerikanın çox hissəsi, Atlantik okean və Arktikada müşahidə olunacaq.

Qeyd edək ki, bu təbiət hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.