Saç düzləşdirici müasir məhsullar uşaqlıq xərçəngi riski ilə əlaqələndirilir.
Medicina.az xəbər verir ki, ABŞ alimlərinin fikrincə, bu, onların tez-tez istifadəsi zamanı baş verir.
Saç düzləşdiricilərindən heç vaxt istifadə etməyən qadınların təxminən 1,64%-də 70 yaşına qədər uşaqlıq xərçəngi inkişaf edir. Lakin bu məhsullardan tez-tez istifadə edənlərdə risk 4%-ə qədər artır. Lakin tədqiqatçıların vurğuladığı kimi, uşaqlıq xərçənginin özünün olduqca nadir bir şiş növü olduğunu unutmamaq vacibdir.
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin məlumatına görə, uşaqlıq xərçəngi ölkədə ən çox yayılmış ginekoloji bədxassəli şişdir. Onun rastgəlmə tezliyi artmaqdadır.
Tədqiqatda 35-74 yaş arası təxminən 34.000 qadın iştirak edib. Müşahidə müddəti 11 il idi və bu müddət ərzində 378 qadına xərçəng diaqnozu qoyuldu.
Digər amillər nəzərə alındıqdan sonra, saç düzləşdirici məhsullardan ildə 4 dəfədən çox istifadə edən qadınlarda uşaqlıq xərçənginin inkişaf ehtimalının iki dəfədən çox yüksək olduğu aşkar edildi.
Daha az istifadə uşaqlıq xərçəngi riskinin artması ilə əlaqələndirilirdi, lakin bu fərq statistik cəhətdən əhəmiyyətli deyildi, yəni təsadüf nəticəsində yarana bilərdi. Əvvəllər alimlər saç düzləşdirici məhsulların tərkibində endokrin sistemi pozan kimyəvi maddələr olduğunu göstərmişdilər ki, bu da döş və yumurtalıq xərçəngi riskinin artması ilə daha sıx bağlıdır.
Aygün Musayeva