"Saçı yumurta ilə yumaq olar".
Medicina.az xəbər verir ki, bunu dermatoloq Şövqü Salahov bildirib.
Onun sözlərinə görə, bu, çox faydalıdır:
"Amma təbii ki, kənd yumurtasından istifadə edilməlidir. Yumurtanın tərkibində, xüsusən sarısında B qrup vitaminləri var. Bunlar həm saç dərisinə, həm saç tellərinə çox yaxşı təsir göstərir. Həftədə 1 dəfə 20 dəqiqə saçda saxlamaq olar. Daha sonra şampunla yumaq lazımdır ki, qoxusu qalmasın. Həftədə 2 dəfə isə daha yaxşı nəticə verər. Həm saç daha parlaq, daha canlı olar".
Aygün
Medicina.az