Onkoloq-mammoloq Rəna Abdullayeva saç boyasının süd vəziyə təsiri barədə qadınlara xəbərdarlıq edib.

Medicina.az xəbər verir ki, həkimin sözlərinə görə, saç üçün boyalara 5000 -ə yaxın kimyəvi maddələr daxildir: "Onlardan bəzilərinin kanserogen xüsusiyyətləri var, bəziləri də endokrin sistemin pozulmasına gətirib çıxara bilərlər. Öncəki illərin boyaları tərkibə görə daha aqressiv və zərərli olub. Aparılan bəzi laborator sınaqlar sübut edir ki, saç boyalarının tərkibində olan P - fenilendiamin süd vəzi xərçəngin riskini artırır. Elmi tədqiqatlar açıqlayır ki , kim ki, 5-8 həftədən bir daha tez saçını boyayır, süd vəzi xərçənginə tutulması riski 8-9 % çoxdur. Kimyəvi saç düzləşdiricilərin kanserogen təsiri daha çoxdur (30 % -a qədər). Düzdür, saç boyalarında kanserogenlar var, lakin saç boyası özü özlüyündə süd vəzi xərçəngini əmələ gətirməz, burda əlavə amillər, başqa risk faktorları da rol oynayır. Beləliklə, saç boyaları nə qədər müasir və natural olsa belə tərkibində kimyəvi maddələr mütləq var. Gözəl olmanız vacibdir, lakin boyaların mənfi təsirini unutmayın, 5 həftədən bir tez olmamaq şərtilə saçınızı boyaya bilərsiz və bu proses həyatınızda nə qədər gec başlayarsa o qədər sizin xeyirinizədir".

Aygün
Medicina.az