Saçların ağarmasının əsas katalizatoru qocalmadır, lakin onun erkən ağarma (30 yaşdan əvvəl) daxili nasazlığın əlaməti ola bilər.
Medicina.az xəbər verir ki, həkimlərin fikrincə, vitiligo və ya tiroid patologiyaları kimi autoimmun xəstəliklər bu cür nəticələrə səbəb ola bilər.
Bundan əlavə, yaşla bədənin təbii antioksidan müdafiəsi azalır və hidrogen peroksidin saç dibində toplanmasına səbəb olur.
Bu da öz növbəsində piqmenti aşındırır.
"Təcrübəmdə tez-tez xroniki psixo-emosional stressin qəfil gümüşü tüklərin görünməsi ilə necə əlaqəli olduğunu müşahidə edirəm. Sinir sistemi və tük follikulları neyrotransmitterlər vasitəsilə sıx bağlıdır.
Kortizol səviyyəsi normadan kənar olduqda, melanositlərin bərpası mexanizmləri sözün əsl mənasında "dondurulmuş" olur və bu da vizual qocalmanı sürətləndirir", - deyə klinik psixoloq Veronika Selezneva bildirib.
Digər amillərə UB şüalanma və aqressiv saç düzümü kimi xarici təsirlər daxildir.
Aygün Musayeva