Sağ insanın qolu digər şəxsə köçürüldü - Tibdə İLK - FOTO

  • 2020.02.26 11:17
  • 2938 Baxış
Sağ insanın qolu digər şəxsə köçürüldü -   Tibdə İLK - FOTO
Vyetnamın dövlət xəstəxanasında çalışan həkimlər tibb tarixində bir ilkə imza atıb.

Medicina.az xəbər verir ki, həkimlər bir neçə il öncə qəza nəticəsində sol qolunun bir hissəsini və əlini itirən şəxsə yeni əl köçürüb. Lakin maraqlısı odur ki, köçürülən əl ölmüş deyil, sağ insana aid olub. Belə ki, donor olan şəxs iş zamanı qolundan xəsarət aılb. Onu xəstəxanaya gətiriblər, lakin qanqrenası olduğundan qolu amputasiya edilib.

Kəsilən qolun ələ yaxın hissəsi və əli tam salamat olub. Buna görə də o kəsilmiş hissəsinin digər xəstəyə köçürülməsinə razı olub.
Əməliyyat səkkiz saat davam edib.

Əməliyyatdan sonra 31 yaşlı şəxs yeni əlini tərpədə bilir, həmçinin yüngül əşyaları tutmağı bacarır. Həkimlər hesab edir ki, yeni əl yarım il ərzində öz funksiyasını tam bərpa edəcək.