Şagirdlər arasında kütləvi yoluxma yoxdur - Nazir

  • 30 Sen 2020 17:25
  • 1472 Baxış
 Şagirdlər arasında kütləvi yoluxma yoxdur  - Nazir

21-28 sentyabr tarixlərində təhsil müəssisələrində 387 şagird və 23 müəllimin hərarəti 37 dərəcədən yuxarı olub.

Medicina.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib:

"Dərs prosesində 78 şagird, 2 müəllim tədrisdən təcrid olunub. 4 şagirdə yoluxma ailədaxilində baş verib.

Şad xəbər isə odur ki, hələ heç bir məktəbdə kütləvi yoluxma halı qeydə alınmayıb. Amma təəssüf ki, Qubanın Qamqam kəndində 8 müəllim arasında yoluxma olub. Bundan sonra həmin məktəbin fəaliyyəti distant təhsilə keçirilib".