Beynimizi gücləndirən, unutqanlığı sağaldan 6 FAYDALI QİDA

  • 2019.05.17 16:08
  • 22251 Baxış
Beynimizi gücləndirən, unutqanlığı sağaldan  6 FAYDALI QİDA

Unutqanlıq, zehni yorğunluq, diqqət pozuntusu dövrümüzün ən böyük problemlərindəndir. Medicina.az yaddaşı gücləndirən, unutqanlığı azaldan 6 faydalı qida barədə məlumatları təqdim edir.

 

 

Beyinimizi sağlam saxlamaq üçün hər gün mütləq yetərli miqdarda su içmədir. Çünki su içməyəndə orqanlarımızın hamısı mənfi təsirlənir. İlkin olaraq beynimiz öz payını alır. Ona görə də gündə 8-10 stəkan su içmək şərtdir.

 
Bütün bu problemlərdən qorunmaq üçün bu qidaları süfrənizdən əksik etməyin:
BALIQ

 

 
Ürəyi qoruyan Omega-3 yağı ilə zəngindir. Qidalanma siyahınızda mütləq yer almalıdır. Ürək xəstəliyinin və iflicin qarşısını alır. Balıqda damar genişlədən, aqreqasyon önləyici təsiri var. Bu xüsusiyyətlərinə görə ürək və damar xəstəliklərinə qarşı qorunma təmin edir. Balıq yeyən insanların dərisinin daha az yaşlandığı müşahidə edilir. Hamiləliklərində balıq yağı ilə zəngin qidalarla bəslənən qadınların uşaqlarının daha ağıllı, daha çevik olduqları ortaya çıxıb. Balıqda olan yağ asidi beyindəki iltihablanmanı önləyir, beynin və sinir hüceyrələrinin inkişafını təmin edir, Altsheymer riskini azaldır. Beyninizi qorumaq üçün ən azı həftədə iki dəfə merkurium (civə) miqdarı aşağı olan balıq istifadə edin.
YUMURTA

 

 
Orqanizm üçün faydalı qida maddələri ilə zəngindir. Xüsusi ilə beyin hüceyrələrinin fəaliyyətini bərpa edir, yaddaşı gücləndirir. Yumurta "kolin" maddəsi baxımından zəngin qidalardandır. Gündə iki  yumurta beynin ehtiyacı olan kolin maddəsini təmin edib unutqanlığın qarşısını alacaq. Yumurta tərkibindəki amin turşuları ilə hüceyrələri bərpa edir, zehni problemlərin qarşısını alır.
DƏNLİ BİTKİLƏR

 

 
Tахıl cinsinə mənsub оlаn dənli bitkilər yaddaşınızı qoruyur. Buğda unundan hazırlanan qidalar sinir hüceyrələrini bərpa edir. Altsheymer xəstəliyinə tutulma riskini minimuma endirir.
QOZ

 

 
Qozdakı yüksək omeqa-3 yağ turşuları ürək xəstəliklərini, diabeti, yüksək qan təzyiqini və depressiyanı azaldır. Qoz istehlakı qandakı xolesterol səviyyəsini salır, ürək ritmini nizamlayır. Aparılan araşdırmalara görə, gündə 3-4 dənə qoz yemək vacibdir. Xüsusi ilə uşaqlarda beynin inkişafı üçün lazımlı qidadır. Asiyada qoz hələ də beyin qidası olaraq qəbul edilir, bu ölkələrdə şagirdlər, imtahanlardan əvvəl qoz yeyərək qeydlərini yüksəldə biləcəklərinə inanır.
YOĞURT

 

 
Zülal və kalsium baxımından zəngin olan bu qida yaddaşı gücləndirməyə kömək edir, həmçinin, çəki salmaq üçün faydalıdır. Yoğurt və digər süd məhsullarından gündə ən az iki porsiya qəbul etməyə çalışın.
YER FINDIĞI

 

 
Yerfındığı orqanizmə enerji və güc verir, əzələləri və sümükləri möhkəmləndirir. Yerfındığı beyində və bədəndə olan yorğunluğu aradan qaldırır və yaddaşı möhkəmləndirir, təzələyir. Bu çərəzin alergik xüsusiyyətinin olmasını da unutmamaq lazımdır. Yüksək kalorili qida məhsulundan  səhərləri 15/20 ədəd yeməyiniz bəsdir.
Səhər yeməyindən imtina etməyin!

 

 
Səhər yeməyindən heç bir halda imtina etmək olmaz, çünki səhər yeməyi orqanizmə çox xeyirlidir. Orqanizmin ən ehtiyac duyuğu amil məhz səhər yeməyidir. Çünki bədənimiz uzun müddət ac qalır. Əgər səhərləri də yemək yeməsək, bu, beynimizə mənfi təsir edir. Diqqət pozuntusu yaranır. Digər tərəfdən gün ərzində baş ağrısı ilə mübarizə aparmalısınız . Həmçinin səhərlər uzun müddət tox tutan qidalara üstünlük verin. Süd məhsullarına etinasızlıq göstərməyin. Günün əvvəlində orqanizminizin qəbul etdiyi bir stəkan süd və ya qatıq, 200 qram kəsmik onu A və B qrup vitaminlərilə təmin edəcək. Səhərlər çox yemək tövsiyə olunmur. Çünki doyumlu yemək gümrahlıq əvəzinə yuxu və süstlüyə səbəb olacaq.