Hepatit C, B və D Virusları - Ən dəqiq analizləri harda, necə verməli?

  • 2019.10.24 16:17
  • 13883 Baxış
Hepatit C, B və D Virusları -  Ən dəqiq analizləri harda, necə verməli?



   Hepatit virusları bu günə qədər əsas ictimai sağlamlıq problemlərindən biri olub, milyonlarla insana təsir etmişdir. Qeydə alınacaq qədər xəstəlik və ölüm də hepatit viruslarının payına düşür. Dünyada sadəcə Hepatit C dən 71 milyon insanin əziyyət çəkdiyi hesablanmışdır və hər il bunların 399000-i ölümlə nəticələnir.


 

Medicina.az hər 3 virus barədə geniş məlumatı təqdim edir:







Hepatit C 




   Hepatit C qaraciyər xəstəliyi olub Hepatit C Virusu (HCV) tərəfindən törədilir. Hepatit C-nin kəskin və xroniki formaları olub, gedişi bir-iki həftəlik yüngül xəstəliklə ö

mürlük ağır xəstəlik arasında dəyişir. Xəstəliyin şiddətindən aslı olaraq 95%-i antiviral dərmanlar vasitəsilə müalicə edilə bilir. HCV qan vasitəsilə yoluxur. 

Yoluxma yolları:




Steril olmayan və ya işlənmiş inyeksiya və gigiyena vasitələrinin istifadəsi

Yoxlanılmamış qanın köçürülməsi

HCV daşıyan qanla birbaşa təmas




Bunlardan başqa HCV qorunmasız cinsi əlaqə və HCV daşıyan hamilə qadından övladına keçə bilər, ancaq bu yoluxmalara çox az rast gəlinir.




   HCV-nin inkubasiya dövrü 2 həftə- 6ay arasında olub, ilk dövrlərdə 80% insanda heç bir simptom olmur. İrəliləyən dövrlərdə isə yorğunluq, qızdırma, halsızlıq, əzələ və oynaq ağrıları, qarın ağrısı, iştahsızlıq, qusma və tünd rəngli sidik kimi spesifik olmayan simptomlar göstərə bilər. Müalicə olunmadığı təqdirdə HCV, sirroz və ya qaraciyər xərçənginə səbəb ola bilir. 

 







   HCV-nin təyini bir çox üsulla oluna bilər. Bu üsullar keyfiyyət (-/+) və kəmiyyəti (HCV sayı) göstərir. HCV keyfiyyət və kəmiyyətinin ən dəqiq diaqnoz metodu "Real Time PCR” metodu hesab olunur. Bu metodla Hepatit C virusunun hər millilitrə düşən sayı hesablanır.




   Real time PCR nəticəsindən sonra müalicə üsulunun seçilməsi üçün "HCV genotipləmə”  tövsiyə olunur. HCV genotipləmə əsasında virusun növü aşkar edilir. HCV-nin 6 əsas genotipi vardır və bu genotiplərin sub-tipləri mövcuddur. Adətən infeksiyaya yoluxmuş insanda 1 dominant genotip müəyyən edilir, ancaq bir neçə genotipin eyni anda infeksiyasıda mümkündür. 




   Hepatit C virusu zülal kapsulla əhatə edilmiş tək iplikli RNT-dən ibarətdir. Qanda dövr edən HCV qaraciyərdən keçərkən qaraciyər hüceyrələrinə daxil olaraq özlərini kopyalamaq üçün bu hüceyrələrdən istifadə edirlər. Kopyalama zamanı RNT xüsusi enzim vasitəsi ilə zülallara çevrilir və yeni RNT- lərin sintezində rol oynayır. Bu kompleks çoxalma yöntəmi virusda bir çox mutasiyalara yol açaraq yeni HCV variasiyalarını yaradır. Məhs buna görədə HCV üçün effektiv vaksin hələdə mümkünsüzdür.

 

 







Hepatit B




Hepatit B  qaraciyər xəstəliyi olub, hepatit B virusu tərəfindən törədilir. İnfeksiya müalicə edilmədikdə ölümcül ola bilir. Eyni HCV kimi HBV də qaraciyərdə sirroza və xərçəngə səbəb ola bilər. İnfeksiya 5 yaşına kimi uşaqlarda tapıldıqda xronik hala keçmə ehtimalı 95% oldugu halda, yetkin insanlarda xronik hala keçmə ehtimalı 5%-dir. İnfeksiyanin ən çox yayıldığı bölgələrdə ötürülmə əsasən anadan övlada keçir.Digər yoluxma şərtləri HCV ilə eynidir. 




İnfeksiya ilk həftələrdə heçbir simptom göstərmir və irəliləyən zamanlarda HCV də olduğu kimi qeyri-spesifik simptomlarla özünü biruzə verir. HBV-nin inkubasiya dövrü 30- 180 gün arasında dəyişə bilər.  HCV- dən fərqli olaraq, HBV DNT virusudur, yəni zülal kapsidin içində RNT yox DNT vardır. Əlverişli şəraitdə (qaraciyər hüceyrələrinə daxil olduqda) bu DNT birbaşa kapsid zülallarının sintezində rol oynayır. HCV-yə nəzərən HBV-nin  çoxalmasında daha dözümlü olan DNT iştirak etdiyinə görə bu proses zamanı mutasiyaya daha az məruz qalır və elə buna görədə HBV üçün effektiv vaksin vardır.

 

Hepatit B virusunun da Real Time PCR metodu ilə keyfiyyət və kəmiyyət analizi edilə bilər. Hepatit B virusunun qarşısını almaq üçün vasitə vaksindir. 




Hepatit D




 Hepatit D virusu sadəcə HBV virusi ilə birlikdə görülür. HDV-nin digər viruslardan fərqli olaraq çoxalmaq üçün HBV- yə ehtiyacı vardır. HBV-yə yoluxmuş xəstə HDV-yə yoluxarsa, bu növ infeksiya super-infeksiya adlanır. HDV super-infeksiyası zamanı, HDV çoxalaraq HBV-ni ötə bilər. Bu virusun varlığı HBV- nin effektini(sirroz, qaraciyər xərçəngi) sürətləndirir.

 

HBV-HDV ko-infeksiyası xroniki hepatitin ən şiddətli halı hesab edilir. HDV RNT virusu olub zülal kapsulu ilə əhatə edilmis tək iplikli RNT-dən ibarətdir. HDV çoxalarkən məhz bu zülal kapsulunun sintezi üçün HBV-yə ehtiyac duyur. Ona görə də HBV-yə qarşı vaksin HDV üçündə keçərlidir və hal-hazırda HDV-nin qarşısını almaq üçün yeganə metod sayılır.

 




Afgen Genetik Diaqnoz Mərkəzi

Ünvan: Bakı, 3 mkr.Pişəvari 110 (Cavadxan küç 24),Memar Əcəmi metrosunun yaxınlığında

Tel: (+99412) 430 35 17

(+9950) 265 66 99/265 66 00

www.afgen.az

 

 

 






Hepatit C, B və D Virusları -  Ən dəqiq analizləri harda, necə verməli?
Hepatit C, B və D Virusları -  Ən dəqiq analizləri harda, necə verməli?
Hepatit C, B və D Virusları -  Ən dəqiq analizləri harda, necə verməli?