Bakıda azyaşlının gözünü həşərat dişləyib. Nəticədə uşağın gözü şişərək, dəhşətli hala düşüb.
Medicina.az xəbər verir ki, bununla bağlı azyaşlının valideyni sosial şəbəkədə paylaşım edib.
O, qeyd edib ki, belə hallarda panikaya düşmədən uşağı müşahidə etmək, şişkinlik artarsa və ya nəfəs almaqda çətinlik, yüksək hərarət, güclü ağrı kimi əlamətlər olarsa dərhal həkimə müraciət etmək vacibdir:
"Qızımın gözünü cücü dişləmişdi və qısa müddətdə gözü çox şişdi. Belə hallarda panikaya düşmədən uşağı müşahidə etmək, şişkinlik artarsa və ya nəfəs almaqda çətinlik, yüksək hərarət, güclü ağrı kimi əlamətlər olarsa dərhal həkimə müraciət etmək vacibdir. Dişləmədən dərhal sonra (həkiminizlə məsləhətləşərək) psilo balzam və allergiya üçün suprastin,fenistil istifadə etməyinizi məsləhət görürəm. Mən bu halla ilk dəfədir rastlaşıram, ilk gündən dediklərimi özüm etsəydim uşağımın gözü bu vəziyyətə düşməzdi. Uşaqların həşərat dişləmələrinə reaksiyası böyüklərdən daha güclü ola bilər. Bu paylaşım digər valideynlər üçün də faydalı olsun deyə bölüşürəm".
script async src="https://telegram.org/js/telegram-widget.js?4" data-telegram-post="medicina_az/363" data-width="100%">
Aygün
Medicina.az