Sümük möhkəmləndirici qarışıq küncüt və papayadan ibarətdir. Kalsium, maqnezium və vitaminlərlə zəngin olan bu iki qida balanslı pəhrizin bir hissəsi olaraq sümüklərin qorunmasına kömək edir.
Medicina.az xəbər verir ki, sümük sağlamlığını dəstəkləyən təbii qidalar ağrı yaşayanlar üçün gündəmdədir.
Dabanlarda, ayaqlarda və hətta dizlərdə ağrı üçün sümük möhkəmləndirici resept diqqəti cəlb edib.
Küncüt və papaya qarışığı olan bu təbii resept qısa müddətdə ağrı kəsici və sümük möhkəmləndirici təsir göstərir.
Küncüt yüksək kalsium, maqnezium və fosfor tərkibi ilə seçilir. Bu minerallar sümük sıxlığının qorunmasında mühüm rol oynayır.
Digər tərəfdən, papaya C vitamini və antioksidantların zəngin tərkibi ilə seçilir.
KÜNCÜT-PAPAYA SMUZİSİ
Küncüt toxumlarını 2 xörək qaşığı suda ən azı 2-4 saat, istəyə görə bir gecə saxlayın.
İsladılmış küncüt toxumlarını süzmədən blenderə tökün.
Doğranmış papaya və 1 stəkan içməli su əlavə edin. Hamar olana qədər qarışdırın.
Hazırlanmış içkini təzə halda istehlak edin.
Səhər acqarına və ya qəlyanaltı kimi qəbul etmək olar.
Xroniki xəstəlikləriniz varsa, əvvəlcə həkiminizlə məsləhətləşin.
Aygün
Medicina.az