Uşaqlarda gözaltı morluq - Səbəbi böyrəkdir?

  • 2026.06.08 21:50
  • 103 Baxış
Uşaqlarda gözaltı morluq -  Səbəbi böyrəkdir?

Uşaqlarda gözaltı kölgəliliyi və ya gözaltı morluq valideynləri ən çox narahat edən məsələlərdən biridir.

Medicin.az xəbər verir ki, bunu pediatr, uzman dr. Yalçın Mirzəyev deyib.

Həkimin sözlərinə görə, çox vaxt bunu böyrəklə əlaqələndirirlər:

"Əslində çox vaxt səbəb uşağın bədən quruluşunun elə olmasıdır. Xüsusilə açıq rəngli uşaqlarda tez-tez qarşılaşırıq. İkincisi, bunu allergik uşaqlarda daha çox görürük, allergik "şiner" dediyimiz vəziyyətdir. Allergik riniti olan uşaqlarda durğunluğa bağlı olaraq damarlar daha açıq görünür. Çox nadir halda böyrəklə bağlı olar. Heç bir problemi yoxdursa, sidiyə normal gedirsə, doğuşdan bu hal varsa, narahat olmayın. Ümumi müayinələrdə pediatrınıza məlumat verməyiniz kifayətdir".


Aygün
Medicina.az