Hər gün kefir içməyə 6 səbəb – Uşaqdan böyüyə

  • 2019.08.24 20:38
  • 24306 Baxış
Hər gün kefir içməyə 6 səbəb –  Uşaqdan böyüyə




Hər gün kefir içmək vərdişi size sağlamlığınızla bağlı çox problemlərdən xilas edəcək.

Medicina.az nəyə görə hər gün 1 stəkan kefir içməli olduğunuzun səbəblərini açıqlayır




1.İmmunitetiniz dəmir kimi olacaq




Kefir təbii probiotikdir, o, bağırsaqda faydalı bakteriyaları artırır, zərərlilərini məhv edir. İmmunitet də bağırsağın bu vəziyyətindən asılıdır. Kefirdə olan kefir göbələyi immuniteti qaldırır, mikrobları məhv edir. 




2.Həzmi yaxşılaşdırır




Antibiotik qəbul edəndən sonra və həzm pozgunluğunda xəstələrə kefir içmək tövsiyyə olunur. Bu məhzul bağırsağın mikroflorasını bərpa edir. 




3.Arıqladır, piy toplanmasına imkan vermir




Axşam yeməyi üçün əladır. Zülal tərkiblidir, aclığı dəf edir, peptidlər isə piyləri parçalayır və qarını, beli incəldir




4.Təzyiqdən qoruyur




Kefirdə olan polisaxarid qan təzyiqini aşağı salır və zərdab xolesterini azaldır.

 

5. İnsanı cavanlaşdırır




Kefir içənlər həm daxilən, həm zahirən dərisi, üzü cavanlaşır. 

Səpkilər gedir, rəngi düzəlir. 




6.Sakitləşdirir




Kefirdə xoşbəxtlik hormonlarından biri triptofan vardır ki, bu da əsəbləri sakitləşdirir, insanı rahatladır




Hər gün kefir içməyə 6 səbəb –  Uşaqdan böyüyə