Sağlam bildiyimiz qidaların gizli zərərləri – SİYAHI

  • 2019.06.11 17:06
  • 6554 Baxış
Sağlam bildiyimiz qidaların gizli zərərləri –  SİYAHI

 

Sağlam qidaların istehlakı getdikcə populyarlaşır. Mağazaların rəflərinə baxanda və yediyimiz hər şeyin məzmununu araşdıranda, hansı qidaların bədənimizə daha faydalı və zərərli olduğunu görmək asandır. Lakin, elmi tədqiqatlar sağlam olduğunu düşündüyümüz qidalarda da bir çox kimyəvi maddələrin olmasını ehtiva edir. 

 

Medicina.az həm faydalı, həm də bəzi məqamlarda zərərli məşhur qidaların siyahısını təqdim edir:


 - Partladılmış qarğıdalı


 Böyük əksəriyyətimizin sevdiyi popkorn, dadlı çərəz kimi yeyilir. Partladılmış qarğıdalı sinir sisteminin düzgün çalışmasına təkan verir. Tərkibində protein, qızıl, fosfor, dəmir, silikon maddəsi və maqnezium var. Popkornun tərkibində olan B vitamini də depressiya əleyhinə və stresslə mübarizə aparmağa yardımçı olur. 


 - Civə tərkibli qidalar


 Tərkibində civə olan balıqları yedikdə orqanizmdə dəyişikliklər meydana gəlir. Ən böyük narahatlıq məhz yaddaş problemidir. Civə tərkibli balıqlar sunir sisteminin fəaliyyətini pozur. Ona görə də balıq alarkən diqqətli olmaq lazımdır.Tərkibində civənin miqdarı çox olan məhsullardan yan keçmək zəruridir. 


 - Darçın


-Darçının tərkibində çox əhəmiyyətli maddələr var. Bu da beynin aktivliyinə müsbət təsir edir. Darçın qoxusu diqqət, vizual yaddaş və sürətli reaksiya tələb edən məsələləri həll etməyə kömək edir.


 - Zəfəran


Zəfəranın tərkibindəbir çox minerallar var. B və C vitamini ilə zəngindir. Beynin funksiyalarını yaxşıladırır. Hətta bu istiqamətdə bəzi narahatlıqları aradan qaldırır.

 

 - Lobya


 Quru lobya turşu tərkibli qidadır. Çox lobya yesəniz, orqanizmindəki dəmir kimi maddələr parçalanmaqda çətinlik çəkəcək. Bu da beynin qan təminatına mane olacaq. Nəticədə isə anemiya kimi problemlərə yol açacaq.


 - Acı şokolad 


Tünd şokolad beyin hüceyrələrinin fəaliyyətini yaxşılaşdırır. Tərkibində olan olifenol maddəsi qan dövranını, fenilalalin yaddaşı, teobromin və kofein iş qabiliyyətini yaxşılaşdırır. Bir parça qara şokolad insanı bir fincan qəhvədən daha yaxşı gümrahlaşdırır. Bu qida vasitəsi damarları böyüdür, beyin funksiyalarına siqnal göndərir və oksigeni artırır. 


 - Kartof 


  Sobada kartof beynə oksigen getməsini təmin edir. Kalium baxımından zəngindir Bundan başqa qlükoza beyinə gedən qan tədarükünü artırır. B vitamini və amin turşusu ehtiva edir.


- Holland pendiri

 

Tərkibində triamin maddəsi qan təzyiqini yüksəldir. Eyni zamanda miqrenə təkan verir.