Xərçəng, şəkər, təzyiq, qan azlığı… – MİN DƏRDƏ DƏRMAN OLAN BU BİTKİ ÇOX UCUZDUR

  • 20 May, 2019
  • 32292 Baxış
Xərçəng, şəkər, təzyiq, qan azlığı… – MİN DƏRDƏ DƏRMAN OLAN BU BİTKİ ÇOX UCUZDUR

Kolorektal xərçəngdən qoruyur, anemiyadan xilas edir! Qarabaşağın faydaları.
Qarabaşaq zülal baxımından zəngin qida vasitəsidir. Yüksək lifli bitki genetik dəyişikliyə məruz qalmadığından ekoloji təmiz qida vasitəsidir. "Qreçka” kimi tanıdığımız qidanın orqanizmə saysız-hesabsız faydası var.
 
Medicina.az qarabağın insan orqanizminə faydaları ilə bağlı maraqlı məlumatları təqdim edir.
 
 
 
 
Qarabaşağın tərkibi dəmir, kalsium kobalt, kükürd, fosfor, xlor, sink, nikel, ftor, maqnezium, mis, yod, natrium, titan, dəmir kimi mikroelementlərlə, A, E, PP, B qrup vitaminlərlə zəngindir. Bu qiymətli məhsul insanda xoş əhval yaratmaqla yanaşı, yorğunluğu götürür, yuxusuzluğu aradan qaldırır. Orqanizmi xərçəngdən qoruyur.

ZƏNGİN ZÜLAL MƏNBƏYİ
 
 
Qarabaşağın zülal dəyəri olduqca yüksəkdir. Tərkibində böyük miqdarda zülal olduğundan qarabaşağı ətlə müqayisə etmək olar. Lif səviyyəsi yüksək olduğu üçün həzmi asanlaşdırır.

TƏRKİBİNDƏ QLÜTEN YOXDUR
 
 
Əgər qlüten həssaslığınız varsa, tərkibində qlüten olmadığı üçün qarabaşağı rahatlıqla istifadə edə bilərsiniz. Seliakiya, yəni həzm sistemi ilə əlaqədar irsi xəstəlik daşıyıcısısınızsa, xüsusi ilə üstünlük verməli olduğunuz dənli bitkilərdən olmalıdır.

XOLESTEROL SƏVİYYƏSİNİ AŞAĞI ENDİRİR
 
 
Qarabaşağın xolesterolu endirmə xüsusiyyəti var. Ürəyin dostu olan  bu dənli bitki davamlı istifadə edildikdə hipertoniya riskini azaldır. Təzyiq yaranma ehtimalını minimuma endirir.

QAN ŞƏKƏRİNİ NİZAMDA SAXLAYIR
 
 
Daimi piylənmənin qarşısını almaq üçün qan şəkərini hər zaman eyni səviyyədə saxlamaq əhəmiyyət daşıyır. Bunun yolu da ac qalmaqdan yox, doğru qidaları istehlak etməkdən keçir. Bunun üçün qarabaşaq ideal seçimdir.

MƏDƏ-BAĞIRSAQ PROBLEMİNİN HƏLLİ
 
 
Qarabaşağın tərkibi sellüloz ilə zəngin olduğundan mədə-bağırsaq xəstəliklərinin müalicəsində də xeyirlidir. Müntəzəm olaraq qarabaşaqdan istifadə etməklə orqanizmdə olan şlakları və digər zəhərli maddələri xaric etmək mümkündür.

XƏRÇƏNGDƏN QORUYUR
 
 
Tərkibindəki antioksidləşdiricilər sayəsində kolorektal xərçəng, yəni yoğun bağırsaqlarda bədxassəli yeni törəmələrdən qoruyur. Davamlı qəbul edildikdə xərçəngin qarşısını alır.

QAN AZLIĞINDAN XİLAS YOLU
 
 
Anemiya - qanda hemoqlobinin, yaxud qırmızı qan hüceyrələrinin aşağı düşməsi ilə xarakterizə edilir. Qarabaşağın tərkibində olan maddələr sayəsində qan azlığı aradan qalxır.

QARABAŞAQ ARIQLAMAĞA KÖMƏK EDİR
 
 
Doyumluluq hissi verən diyotalarda ən çox istifadə olunan dənli bitki məhz qarabaşaqdır. Çünki tərkibində yağ yoxdur. Lif səviyyəsi yüksək olduğundan kökəlmənin qarşısını alır. Sağlam arıqlamağın ən əlverişli üsuludur.

CİLD VƏ SAÇLARA FAYDALIDIR
 
 
Tərkibində olan B1, B3, B5 VE B9 vitaminləri sayəsində güclü saç və dəriyə sahib olacaqsınız. Dəridə yaranan qırışların qarşısını alır. Saçların tez uzanmasına təkan verir.

QARACİYƏRİİN YAĞLANMASININ QARŞISINI ALIR
 
 
Qarabaşaq qaraciyərə də müsbət təsir göstərir, onun fəaliyyətini yaxşılaşdırır.

Bir sözlə, gündəlik qida rasionunuza qarabaşağı əlavə etsəniz, daha sağlam yaşayarsınız.