"Sanitar-epidemioloji vəziyyət ürəkaçan deyil" - TƏBİB

  • 2020.11.09 16:21
  • 3280 Baxış
"Sanitar-epidemioloji vəziyyət ürəkaçan deyil" -  TƏBİB

Qaydalara əməl etməsək, hər birimizin koronavirusa yoluxma ehtimalı yüksəkdir.

Bunu TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxma sayının 1000-i ötməsi onu göstərir ki, sanitar-epidemioloji vəziyyət ürəkaçan deyil:

“İndi yoluxma sayı yaydakı yoluxma sayından iki dəfə çoxdur. Koronavirus xəstəliyinin bir ilə yaxındır ki, davam etməsinə baxmayaraq, bu infeksiya öz təhlükəsini yenə də saxlayır”.

V.Əliyev hesab edir ki, yoluxma sayında artımın əsas səbəbi insanların sıx təmasının artmasıdır.