Sarıkök immuniteti necə möhkəmlədir? – Həkimdən Resept

  • 2023.11.29 16:50
  • 4584 Baxış
Sarıkök immuniteti necə möhkəmlədir?  – Həkimdən Resept

İmmuniteti möhkəmlətmək üçün sarıkökdən necə istifadə edək?


“Medicina” xəbər verir ki, həkim Andrey Zolotarev bioloji aktiv maddələrlə zəngin zəncəfil, sarıkök, istiot yemək və digər qidalara qatılıb yeyildikdə, onların faydalı təsirini artırır.

Ədviyyatlardan sarıkök unikal maddədir, immun sistemi gücləndirir, bakteriya və viruslardan qoruyur.
“Kurkumində olan antioksidantlar iltihab, xərçəng əleyhinə təsir edir.

Qış ayları üçün immunitet möhkəmləndirici içki resepti:

1 stəkan süd qazanda qaynar hala düşəndə çay qaşığının yarısı qədər sarıkök, bir ədəd qara istiot dənəsi, çay qaşığının ucunda üyüdülmüş zəncəfil qatıb qarışdırırsız.

Qarışdırıb qaynama halına düşməsini gözləyirsiz. Qaynamaya düşən kimi dərhal götürüb süzüb, isti halda içirsiz.

Əlavə olaraq bal qata bilərsiz, amma onu artıq içəndə əlavə edin.

Bu ədviyyatlar orqanizmdə iltihabı azaldacaq, öskürək, bronxit və boğaz ağrısına kömək edir”.

Aygün Musayeva