Sarımsağın beyinə bilmədiyiniz təsiri açıqlandı

  • 2023.02.15 19:44
  • 4209 Baxış
Sarımsağın beyinə bilmədiyiniz təsiri  açıqlandı

Sarımsaq damarları xolesterindən qoruduğu üçün beyinə də faydalıdır.

“Medicina” xəbər verir ki, diyetoloq Yelena Solomatina sarımsağın beyinə təsirini açıqlayıb.

“Beyin üçün əslində sarımsaqda olan lif çox faydalıdır. O, beyin damarlarını xolesterindən qoruyur, damarların divarları sağlam olur.

Sarımsaq aspirin qədər iltihab əleyhinə təsir edir. Qan dövranını yaxşılaşdırır, trombositlərin bir-birinə yapışıb tromb əmələ gətirməsinin qarşısını alır.

Xolesterin də yalnız iltihablı damar divarına yapışır. Damar içi divar hamardırsa, o xolesterinlə dolmur.

Sarımsağı həftədə 3 dəfə çiy halda, əzərək yemək lazımdır”.

Aygün Musayeva