Saxta darçın qanaxma riskini artırır - Necə ayırd edək?

  • 2021.02.18 15:39
  • 2397 Baxış
Saxta darçın qanaxma riskini artırır -  Necə ayırd edək?
Qış aylarının vazkeçilməz ədviyyatı olan darçın bir çox içkilərin dadına dad qatır.

Medicina.az xəbər verir ki, çəki verməyə kömək edən darçın qan şəkərini də aşağı salır. Yüksək antioksidan xüsusiyyəti ilə infeksiyalara qarşı qoruyur. Amma satışda olan ucuz və saxta darçın sağlamlığımız üçün təhlükəlidir.

Qanaxma riskini artırır

Saxta darçının tərkibində kumarin maddəsi olur. Bu maddə də qanaxma riskini artırır.

Təbii darçın necə seçilir?

Rəngi və qoxusu darçının saxta və ya təbii olmasını ayırmağa kifayət etmir. Mütəxəssislər qapalı qutuda satılan və satışına icazə verilən darçınları almağı məsləhər görür.