Səhər acqarına bir qaşıq zeytun yağı içməyə 5 SƏBƏB

  • 2023.02.21 14:52
  • 3548 Baxış
Səhər acqarına bir qaşıq zeytun yağı içməyə  5 SƏBƏB


Hər gün səhər yeməyindən bir az öncə təbii zeytun yağı qəbul etmək yaşlandıqda beyin və damarlar üçün faydalıdır.

Bakupost.az xəbər verir ki, yunan alimləri zeytun yağının yaddaşı möhkəmləndirdiyini sübut edib.

Belə ki, təbii zeytun yağı beyin damarlarında xolesterin topaları və trombun yaranmasının qarşısını alır, ona görə də, demensiya, Alsgeymer xəstəliyinin qarşısını alır.

Səhərlər zeytun yağı oynaq, sümükləri möhkəmləndirir.

Əgər onu rasiona Omeqa 3-lə zəngin digər qidalarla daxil etsəz nəticələr daha əla olacaq, hətta artritin qarşısını alacaq.
Zeytun yağı orqanizmdə iltihabi prosesləri, xroniki iltihabi xəstəlikləri söndürür.

Bağırsaqların sağlam, normal funksiyası göstərməsinə kömək edir.

Ona görə də səhərlər bir qaşıq zeytun yağı qəbulu vərdişi qəbizlikdən qoruyur, həzmi yaxşılaşdırır, bağırsaq tənbəlliyinin qarşısını alır.

Hər gün zeytun yağı qəbul edənlərdə xarici görünüş daha sağlam, gənc olur, dəri qurumur.


Aygün Musayeva