Səhər acqarına sarımsaq udmaq - nəyə xeyirdir?

  • 2026.06.11 19:17
  • 115 Baxış
Səhər acqarına sarımsaq udmaq  - nəyə xeyirdir?



Xalq təbabətində sarımsaq uzun illərdir istifadə olunur. Tərkibində olan maddələr ona özünəməxsus xüsusiyyətlər verir.

Medicina.az xəbər verir ki, sarımsaq bəzi mikroorqanizmlərə qarşı təsir göstərə bilər.

- Ürək-damar sağlamlığına dəstək ola bilər
- Qan təzyiqinə mülayim təsir göstərə bilər
- Antioksidant maddələr ehtiva edir

Amma vacib bir məqam var: Sarımsağı bütöv udmaq onun təsirini artırmır.

Sarımsağın əsas aktiv maddələrindən biri olan allicin adətən sarımsaq əzildikdə və ya doğrandıqda yaranır. Buna görə bütöv udulan sarımsaqda bu təsir daha az ola bilər.

- Sarımsaq hər kəs üçün uyğun deyil:
- Mədə yanması olanlarda
- Reflüks xəstələrində
- Mədə həssaslığı olanlarda
- Qan durulaşdırıcı dərman qəbul edənlərdə


Təbii olması hər zaman zərərsiz olması demək deyil.

Aygün M