Səhər yeməyindən imtina etmək insulta səbəb olur

  • 2023.03.10 17:19
  • 2098 Baxış
Səhər yeməyindən imtina etmək    insulta səbəb olur

Osaka Universitetinin alimlərinin araşdırmasına görə, səhər yeməyindən imtina etmək hemorragik insult riskini 36% artırır.


Xüsusilə həftədə beş dəfə səhər yeməyinindən imtina edənlər də oxşar təhlükə ilə üzləşiblər.


“Medicina” xəbər verir ki, Aaraşdırmalar zamanı 45-74 yaş arasında olan 82 772 insanın vəziyyətinin monitorinqi zamanı toplanmış məlumatların təhlili göstərib ki, səhər yeməyindən imtina etmək səhər saatlarında qan təzyiqinin artması ilə əlaqələndirilir. Bununla da beyin qanaması ehtimalını artır.


Mütəxəssislər qeyd ediblər ki, səhər saatlarında yüksək təzyiq beyin üçün təhlükəlidir. Yuxudan sonra, səhər yeməyindən sonra yüksəldikdə təzyiq azalır və bu fərq damarlar üçün ciddi yükə çevrilir.


Səhər yeməyindən imtina edənlər təkcə insult deyil, həm də infarkt və diabet riskinin artması ilə üzləşirlər.
Alimlər bildirdilər ki, səhər yeməyi vərdişi olan insanlar axşam və gecə çox yeməyə meylli deyillər. Ümumiyyətlə, sağlamlıqları daha yaxşıdır.

Aygün Musayeva