Səhərlər bu əlamətlər varsa, mütləq müayinə olunun - XƏBƏRDARLIQ

  • 2022.01.27 14:50
  • 2391 Baxış
Səhərlər bu əlamətlər varsa, mütləq müayinə olunun   - XƏBƏRDARLIQ

Səhərlər süstlük və yorğunluq hiss edən insan tezliklə xərçəng şişi ilə qarşılaşa bilər.

Medicina.az xəbər verir ki, bunu kimyaterapevt Andrey Bazylev www.5-tv.ru-ya müsahibəsində deyib.

"Özünüzdə daimi yorğunluq, fiziki zəiflik və qəfil nəfəs darlığı əlamətləri görürsünüzsə mütləq həkimə müraciət edin" deyə mütəxəssis qeyd edib.

Bazylevin fikrincə, bu cür əlamətlər orqanizmin nasazlığını göstərir, buna görə də səbəbi tapmaq və mümkün qədər tez aradan qaldırmaq lazımdır.

Kimyaterapevt izah edib ki, bu simptomlar digər sağlamlıq problemlərini də göstərə bilər, məsələn, intoksikasiya və ya hemoglobinin azalması. Ancaq hər halda, onlar bədəndəki mənfi dəyişikliklərdən xəbər verir.

Bundan əvvəl amerikalı həkimlər gecə tərləmələrinin onkologiyanın inkişafından xəbər verə biləcəyini bildirmişdilər.

Bu gecə simptomu sümük xərçəngi, lösemi, lenfoma və qaraciyərdə şişlərin ilkin mərhələsini göstərə bilər.