Səhiyyə naziri əvəzi neçə doza peyvənd vurdurub?

  • 2021.11.16 14:27
  • 1140 Baxış
Səhiyyə naziri əvəzi neçə doza peyvənd vurdurub?

“Azərbaycanda koronavirus əleyhinə vaksinasiya prosesində ilk iştirak edən şəxslərdənəm. Bu ilin yanvar ayının 18-də vaksinasiya başlayanda elə həmin gün ilk dozanı qəbul etmişəm”.

Medicina.az xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev deyib.

O xatırladıb ki, təyin olunan vaxtlar ərzində ardıcıl olaraq üç doza vaksin vurdurub: “Hər üç doza vaksin Çin istehsalı olan “SinoVac” olub”.