Səhiyyə Nazirliyi: Koronavirusla əlaqədar 2 nəfər karantinə alınıb

  • 2020.02.03 10:41
  • 4555 Baxış
Səhiyyə Nazirliyi:   Koronavirusla əlaqədar 2 nəfər karantinə alınıb
Koronavirusa yoluxma şübhəsi ilə Kiniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə 2 nəfər yerləşdirilib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, 1996-cı il təvəllüdlü Çin vətəndaşı sonuncu dəfə 19 yanvar tarixində Çində olub:

"Analizlərinin cavabı mənfidir, yəni hər hansı bir virus aşkarlanmayıb. Heç bir şikayəti yoxdur. Fevral ayının 4-ü evə buraxılacaq".

Nazirlikdən bildirilib ki, 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşı Çində təhsil alır:

"Bakıya yanvarın 28-i gəlib. Heç bir şikayəti yoxdur, buna baxmayaraq, inkubasiya dövrü başa çatana qədər xəstəxanada saxlanılacaq. Xüsusi tibb müəssəsinə yerləşdirilənlərin də vəziyyəti yaxşıdır. Karantində qalma müddəti başa çatan kimi onlar da evlərinə buraxılacaqlar".