Səhiyyə Nazirliyi Qudauridəki hadisədə xəsarət alanlarla bağlı məlumat yaydı

  • 2018.03.17 11:18
  • 10527 Baxış
Səhiyyə Nazirliyi Qudauridəki hadisədə xəsarət alanlarla bağlı məlumat yaydı
Gürcüstanın Qudauri bölgəsindəki dağ-xizək kurortunda baş vermiş hadisə nəticəsində xəsarət alan 8 yaralı xəstəxanadadır.


Medicina.az report-a istinadən xəbər verir ki, məlumatı ölkənin Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin Mətbuat xidməti yayıb.


Qəzadan sonra, ümumilikdə, 11 nəfər xəstəxanaya yerləşdirilib, üç nəfərə isə ambulator tibbi yardım göstərilib. Səkkiz nəfər reanimasiya avtomobilləri və helikopterlə paytaxt xəstəxanalarına aparılıb.


Xəsarət alanlar arasında Ukrayna, Rusiya vətəndaşları, həmçinin isveçli hamilə qadın da var.


Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Gudauri hadisəsinin günahkarlarının cəzalandırılacağını bildirib.