Şəkər xəstələri üçün yeni qəhvə gəlir – İnsulini əvəz edə biləcək

  • 2019.01.10 19:59
  • 9082 Baxış
Şəkər xəstələri üçün yeni qəhvə gəlir –  İnsulini əvəz edə biləcək

İsveç alimləri yeni tədqiqatlarında sübut ediblər ki, kofeinə həssas hüceyrələr qanda şəkərin miqdarını nəzarətdə saxlamağa və azaltmağa səbəb olur. 


Medicina.az xəbər verir ki, alimlər böyrəklərin hüceyrələrini proqramlaşdırmağı bacarıblar. Nəticəə qəhvə içdikdən sonra kofeinin təsirindən insulin hasil edən hüceyrələr əldə olunub. 


Təcrübədə siçanlar üzərində sınaq effekt verib və onların qanında şəkər düşüb. 

Mütəxəssislərin fikrincə, bu metodla gələcəkdə şəkər xəstələrini insulin qəbulundan azad etmək və diabetin müalicəsində alternativ metod kimi tətbiq etmək mümkündür.


Proqnozlara görə, yaxın 10 ildə dünya ciddi insulin preparatı çatışmazlığı ilə üz-üzə qalacaq.