Bağırsaq mikrobiomu insulin səviyyəsinə birbaşa təsir göstərə bilər. Bu səviyyələr də öz növbəsində diabetn yaranmasını artırır.
Medicina.az xəbər verir ki, amerikalı bioloqlar insulin istehsal edən hüceyrələrin funksiyasından məsul olan zülal kəşf etdilər. Bu zülal bağırsaq bakteriyaları tərəfindən istehsal olunur.
Məhz onun çatışmazlığı diabetə səbəb ola bilər. Bu, bağırsaq mikroflorasının sağlamlığımız üçün danılmaz əhəmiyyətinin daha bir sübutudur. Bəzi elm adamları indi hətta bağırsaq mikrobiomunun ayrı bir insan orqanı hesab edilməli olduğuna inanırlar.
Mikrobiom bir orqan deyil, bədənimizin bütün sistemləri ilə simbiozda mövcud olan trilyonlarla mikroorqanizm icmasıdır. Xüsusilə immun sistemimizin fəaliyyəti koronavirus pandemiyası zamanı son dərəcə vacib olan bağırsaq mikrobiomundan asılıdır. Bakteriyalar bağırsaq mikrobiomunun əsas sakinləridir və elm hər il onların oynadığı mühüm rol haqqında daha çox məlumat əldə edir.
Qanda qlükoza səviyyəsini tənzimləmək üçün bədənimiz maddələr mübadiləsinə təsir edən insulin hormonundan istifadə edir. Oregon Universitetinin tədqiqatçıları beta hüceyrələrinin artmasının bağırsaq mikrobiomunun daha çox müxtəlifləşməsinə səbəb olduğunu aşkar ediblər. 1-ci tip diabetli insanlarda bu, daha az müxtəlifdir. Beləliklə, beta hüceyrələri ilə mikrobiom arasındakı əlaqə çox əhəmiyyətlidir.
Aygün Musayeva