Şəkərin səbəb olduğu 5 ağır xəstəlik

  • 2025.09.16 21:42
  • 157 Baxış
Şəkərin səbəb olduğu  5 ağır xəstəlik

Həddindən artıq şəkər istehlakı təkcə çəki artımına səbəb olmur. Bu, piylənmə, tip 2 diabet, ürək-damar xəstəlikləri və diş çürüməsi də daxil olmaqla bir çox ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Medicina.az xəbər verir ki, şəkər insan orqanizmi üçün enerji mənbəyi olsa da, həddindən artıq istehlak bir çox sağlamlıq problemlərinə səbəb olur.



Son araşdırmalar göstərib ki, xüsusilə işlənmiş qida və içkilərə əlavə edilən şəkərlər gündəlik enerji qəbulunu artırır və metabolik tarazlığı pozur.

Şəkərin yaratdığı xəstəliklərdən bəziləri...

1. Piylənmə

Şəkərli içkilər və işlənmiş şirniyyatlar “boş kalori” verdiyi üçün toxluq hissi yaratmır və insanların daha çox enerji sərf etməsinə səbəb olur.

Bu, uzunmüddətli çəki artımına və piylənməyə gətirib çıxarır.



2. Tip2 diabet

Şəkərli içkilərin tez-tez istifadəsi tip 2 diabet riskini artırır.

Genişmiqyaslı tədqiqatlar göstərib ki, şəkərli içkilərin müntəzəm istehlakı diabet riskini əhəmiyyətli dərəcədə artırır.

3. Ürək-damar xəstəlikləri

Həddindən artıq şəkər qəbulu qan təzyiqini yüksəldə, trigliserid səviyyələrini artıra və yaxşı xolesterol səviyyəsini aşağı sala bilər.

Bu dəyişikliklər infarkt və insult riskini artıran əsas amillərdəndir.



4. Qaraciyərin yağlanması

Yüksək fruktozalı dadlandırıcılar qaraciyərdə yağ yığılmasını sürətləndirir.

Bu proses zamanla qaraciyərin yağlanmasına, sonrakı mərhələlərdə isə iltihab və fibroz kimi ciddi problemlərə səbəb ola bilər.



5. Diş çürüməsi

Şəkər ağızdakı bakteriyalar tərəfindən turşuya çevrilir və bu turşular diş minasına zərər verir.

Tez-tez və həddindən artıq şəkər istehlakı diş çürüməsinin ən əhəmiyyətli səbəbi hesab olunur..



Aygün
Medicina.az