Gündə ən azı bir porsiya şəkərli içki içənlərin ayda bir porsiyadan az istehlak edənlərlə müqayisədə mədə xərçənginə tutulma riskinin iki dəfə çoxdur.
Medicina.az xəbər verir ki, şəkərli içkilər və mədə xərçəngi arasındakı əlaqəni araşdıran yeni bir araşdırma, gündəlik istehlak ilə xəstəlik riski arasında təəccüblü bir korrelyasiya olduğunu ortaya qoydu. Tədqiqat, əvvəllər kolorektal, döş və qaraciyər xərçəngi ilə əlaqəli olan şəkərli içkilərin də mədə xərçəngi üçün potensial risk faktoru ola biləcəyini göstərir.
Gastro Hep Advances jurnalında dərc olunan araşdırma, 112.000 nəfərdən əldə edilən məlumatları araşdırdı. İzləmə dövründə 278 nəfərdə mədə xərçəngi inkişaf etdi.
Tədqiqatçılar müəyyən ediblər ki, gündə ən azı bir porsiya şəkərli içki istehlak edənlərdə ayda bir porsiyadan az istehlak edənlərlə müqayisədə mədə xərçənginə tutulma riski iki dəfədən çoxdur.
Xüsusilə qadınlarda təəccüblü bir tapıntı müşahidə edilib. Qazlı içkilər, meyvə ətirli içkilər, limonad və idman içkiləri də daxil olmaqla gündə bir porsiyadan çox şəkərli içki istehlak edən qadınlarda mədə xərçənginə tutulma riski bu cür içkiləri nadir hallarda istehlak edənlərlə müqayisədə təxminən üç dəfə çox olub.
Tədqiqatda digər diqqətəlayiq tapıntı süni şəkərli və aşağı kalorili qazlı içkilərin artan istehlakı ilə mədə xərçəngi arasında oxşar bir əlaqənin olmamasıdır.
Tədqiqat müəllifi Endryu Çan bildirib ki, bu tədqiqat ABŞ əhalisində şəkərli içki istehlakı ilə mədə xərçəngi arasında əlaqə yaradan ilk tədqiqatdır.
.
Aygün
Medicina.az