Sidiyində alkoqol əmələ gələn insan var imiş - Həkimlər şokda

  • 2020.02.27 18:41
  • 3346 Baxış
Sidiyində alkoqol əmələ gələn insan var imiş -   Həkimlər şokda


Tibb elmində ilk dəfə olaraq sidik kisəsində alkoqol hasil olan pasiyent qeydə alınıb.

Piuusburq şəhərinin 61 yaşlı təqaüdçü qadında unikal sindrom aşkarlanıb. Onun sidik kisəsində müntəzəm olaraq alkoqol hasil olur və o sidiklə xaric edilir.

Medicina.az xəbər verir ki, bu barədə Annals of Internal Medicine. jurnalında yazılıb.

Xəstə qaraciyər sirrozundan əziyyət çəkirdi və donor növbəsində idi. Ona xəstəliyi ilə bağlı alkoqol içmək qəti qadağan olunmuşdu. Lakin son sidik analizində həkimlər qadının gizli içki içdiyindən şübhələnmişdilər,amma qadın and-aman edərək alkoqol qəbul etmədiyini deyirdi.

Həkimlər xəstəni dəqiq müayinə etdikdən sonra şok diaqnozla üz-üzə qalıblar.

Belə ki, qanda etanol göstəricisi çıxmasa da, sidik analizində etanol müsbət çıxırdı. Eləcə də digər qəribə hal sidikdə çox miqdarda qlükoza aşkarlanması idi.

Bunun səbəbi isə orqanizmdə təbii Candida glabrata maya göbələyinin həddən artıq çox olmasında idi. Bu göbələk pivə mayasının analoqudur.

Beləliklə, tibb tarixində ilk dəfə alimlər sidik kisəsində Candida maya göbələyinin təsirindən qlükoza, ondan da etanol sintezi kimi patologiyanı qeydə almış oldular.