Türkiyəli müğənni Sıla Gençoğlunun son görünüşü pərəstişkarlarını təəccübləndirdi. Arıqlaması ilə diqqət çəkən sənətçi haqqında "Bu qadına nə oldu?" kimi şərhlər edilib.
Medicina.az xəbər verir ki, türk pop musiqisinin sevilən adlarından biri olan Sıla Gençoğlu bu dəfə mahnıları ilə deyil, son görünüşü ilə ön plana çıxdı. Məşhur sənətçinin sosial mediada yayılan şəkilləri tez bir zamanda gündəm oldu və istifadəçilər bir-birinin ardınca şərhlər yazdılar.
Gençoğlunun son görünüşü, xüsusən də üzündəki dəyişiklik səbəbindən sosial mediada geniş ajiotaj yaratdı. Arıqladıqdan sonra fərqli bir görünüşə sahib olan məşhur müğənni haqqında bir çox paylaşım edildi və bəzi istifadəçilər Sılanı müğənni İrem Derici ilə müqayisə etdilər. Lakin bəzi izləyicilər sənətçinin təbii halında belə gözəl olduğunu iddia etdilər.
"Bəlkə də onun xəstəliyi var", "Səsi kifayətdir, nəfəsi kifayətdir. Görünüşü vacib deyil", "Bu qadına nə olub?", "Ola bilsin ki, arıqlama iynələrindən istifadə edir", kimi şərhlər yazılıb.
Aygün
Medicina.az