Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Siqaret alternativləri hansı xəstəliklərə səbəb olur? - Stomatoloqdan xəbərdarlıq

  • 2024.03.18 16:50
  • 1263 Baxış
Siqaret alternativləri hansı xəstəliklərə səbəb olur? -  Stomatoloqdan xəbərdarlıq
Məşhur diş həkimi siqaretə alternativ olaraq təklif edilən elektron siqaretlərin, eləcə də nikotin kisələrinin dişlərə və diş ətinə zərər verə biləcəyi barədə xəbərdarlıq edib.

Medicina.az xəbər verir ki, siqaretin ağız nahiyəsinə zərərli təsirlərindən - dişlərdə sarı və qəhvəyi ləkələrin yaranmasından tutmuş diş tökülməsinə, diş əti xəstəliklərindən ağız xərçənginə qədər - bir çox insan məlumatlıdır. Lakin siqaretə alternativ kimi təqdim olunan məhsulların zərərlərini çox adam bilmir.

Süni intellektlə dəstəklənən stomatologiya tətbiqi “Toothfairy”nin qurucusu Dr. Dipak Alek bildirir ki,“ağız sağlamlığı son siqareti söndürdükdən sonra 20 dəqiqə ərzində yaxşılaşmağa başlayır, lakin bir çox siqaret çəkən üçün siqareti tərgitmək asan deyil. İnsanlar nikotin kisələrinin və ya elektron siqaretlərin daha sağlam bir alternativ olduğuna inanaraq onlara müraciət edirlər”.

Dr. Dipak ən məşhur siqaret alternativlərinin zərərlərini izah edib:

Elektron siqaret

“Bir vaxtlar siqaretin "daha təhlükəsiz" alternativi kimi təqdim olunsa da, artıq elektron siqaretin riskləri barədə məlumatlılıq artır.
Çoxsaylı son araşdırmalar və təhlillər sayəsində, elektron siqaretlərin qan damarlarının ciddi zədələnməsindən ağciyərdə yaralara qədər bir sıra problemlərlə əlaqəli olduğu müəyyən edildi.

Elektron siqaretdəki mayelərin (nikotinli və ya nikotinsiz) tərkibində metallar, "uçucu üzvi birləşmələr" və xərçəngə səbəb olan kimyəvi maddələr var”, - deyə stomatoloq bildirib.

Nikotin kisələri (Snus)

“Siqareti tərgitmək istəyənlər üçün digər məşhur alternativ nikotin kisələridir. Ağız boşluğunda dodaqlarla diş ətləri arasına qoyulan kisələr siqaret çəkənlərin aludəçiliklə mübarizə aparmağına kömək etmək üçün nikotini yavaş-yavaş qana buraxır.

Brendlər fərqli olsa da, çoxunda stabilizatorlar, aromatizorlar və süni tatlandırıcılar, eləcə də başqa kimyəvi maddələr var”, - deyə Dr.Dipak qeyd edib.

O xəbərdarlıq edib ki, nikotin kisələri dişlərin çürüməsinə, ağız quruluğuna, boğazın qıcıqlanmasına, ağız qoxusuna, diş ətlərinin çəkilməsinə və diş minasının zəifləməsinə səbəb ola bilər.

Nikotin saqqızı

Dr.Dipak qeyd edir ki, nikotin saqqızı ağız sağlamlığı baxımından siqaretdən daha yaxşı olsa da, müntəzəm istifadə dildə və yanaqlarda yaralara və ağız quruluğuna səbəb olur:

“Nikotin qan damarlarını daraldır, buna görə də diş əti ilə birbaşa təmasda diş və ya diş əti xəstəliyinə səbəb ola bilər. Ona görə də nikotin saqqızı əvəzinə şəkərsiz saqqız çeynəmək ağız sağlamlığınız üçün daha yaxşı seçimdir. Çünki o, tüpürcək istehsalını artırır, bu da arzuolunmaz turşu və bakteriyalardan xilas olmağa kömək edir".


Aysel