Siqaret istəyini azaldan qidalar - Ciyərlərinizi təmizləyin

  • 2020.10.12 12:23
  • 2228 Baxış
Siqaret istəyini azaldan qidalar  - Ciyərlərinizi təmizləyin
Siqaretin orqanizmə olan ziyanları çoxdur. Dəfələrlə mütəxəssislər bunun bir çox xəstəliklərə səbəb olduğunu vurğulayırlar.

Medicina.az xəbər verir ki, siqareti atmaq istəyənlərə mütəxəssislər müxtəlif qidaları məsləhət görür.

Həmin qidalar bunlardır:

Kivi - Nikotini bədəndən atmağınıza kömək edər.
Zəncəfil – Ağciyərlərin təmizlənməsinə kömk edərək, siqaret çəkmə istəyini azaldar.
Kök suyu – Əgər siqaret çəkirsinizsə, nikotinin bədəninizdə 3 gün qaldığını bilməlisiniz. Ancaq nikotinin zərərlərinə qarşı kök suyunu içə bilərsiniz. Həmçinin, kök suyu erkən yaşlanmaya səbəb olan dərinin özünü yeniləməsinə və nikotindən təmizlənməsinə yol açar.
Gicitkən – Bol miqdarda dəmirlə zəngindir. Gicitkən sayəsində bədəndəki nikotindən qurtula bilərsiniz.
Su – Su bədəndəki nikotinlərin atılmasında çox önəmli rola malikdir. Əgər orqanizminiz susuz qalarsa, hüceyrələrin yenilənməsi və nikotinin təsirlərinin azaldılması çətinləşir.

Siqaret istəyini azaldan qidalar

Meşəlik əməköməçisi
İspanaq
Banan
Pomidor
Sarımsaq
Yulaf əzməsi
Portağal