Şirin içkilər insanda xərçəng əmələ gətirir

  • 2022.09.21 13:47
  • 1426 Baxış
Şirin içkilər insanda xərçəng əmələ gətirir
Amerikalı alimlər şirin içkilərin xərçəng yaratma riskini araşdırıb.

"Medicina" xəbər verir ki, onların elmi işi elmi dərgidə çap olunub.

Tədqiqat çərçivəsində 1982-2016-cı illəri əhatə edən 934 min insanın tibbi məlumatları incələnib.

Bu adamların heç birində tədqiqatın başında onkoloji xəstəlik aşkarlanmamışdı.

Onlardan qida və həyat tərzi ilə bağlı sorğular alınıb.

Tədqiqatın sonunda onlardan 135 min insan xərçəngdən vəfat edib.

Həyatı boyu müntəzəm olaraq şirinləşdirilmiş, yüksək qlikemik indeksli içkilər içənlərin bağırsaq, mədə, böyrək, mədəaltı vəz xərçəngidən daha çox öldüyü sübut olunub.

Alimlər hesab edir ki, ölkələrdə xərçəngin qarşısını almaq üçün dövlət səviyyəsində şirin içkilərlə bağlı xüsusi siyasət yürüdülməlidir.
Bu içkilər orqanizm üçün çox zərərlidir.

Aygün Musayeva