Şirin meyvələr və şirələri qaraciyəri piyləndirir - Həkim

  • 2022.04.16 15:23
  • 3066 Baxış
Şirin meyvələr və şirələri qaraciyəri piyləndirir   - Həkim


Qaraciyəri təkcə yağlı, hisə verilmiş, şəkərli qidalar piyləndirmir.

Bakupost.az xəbər verir ki, dietoloq, qastroenteroloq Nuriya Dianova qaraciyərin hepatozuna səbəb olan meyvələri də açıqlayıb.

"Şirin meyvələrdə olan fruktoza qaraciyər üçün yad komponentdir. Gündə 100 qramdan artıq meyvə yemək qaraciyərdə artıq fruktoza toplanmasına səbəb olur.

Bu da orqanın yağlanmasına gətirib çıxarır.

İstənilən qida maddəsini qaraciyər süzür. Əgər insanın qaraciyəri piylidirsə, xəstədirsə, hepatiti varsa, ona ümumiyyətlə şəkər, meyvələr, tərkibində maddələr olan mağaza qidaları olmaz.

Qaraciyərin piylənmə xəstəliyini fast-fod qidaları, kolbasa, şirniyyat yaradır. Bura yüksək şəkərli meyvələri də əlavə edin. Şirin meyvələrin şirəsini sıxıb çox miqdarda içmək də qaraciyərə zərbədir.

Qaraciyərinizin funksiyasını pozmaq istəmirsizsə, meyvə və fruktozada həddi aşmayın.


Aygün Musayeva
BakuPost