Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sistemdən ölən 10 yaşlı uşaqla bağlı - TƏBİB-dən AÇIQLAMA

  • 2020.01.14 15:57
  • 5392 Baxış
Sistemdən ölən 10 yaşlı uşaqla bağlı -  TƏBİB-dən AÇIQLAMA



Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) 10 yaşlı oğlanın ölümü ilə bağlı açıqlama yayıb.

Medicina.az xəbər verir ki, TƏBİB bu barədə rəsmi açıqlama verərək bildirib ki, yanvarın 11-i saat 10:24-də 2010-cu il təvəllüdlü Mahatov Turan Tural oğlu Balakən Rayon Mərkəzi Xəstəxanasına kəskin respirator virus infeksiyası ilə gətirilib:

"Xəstəyə ilkin ambulator yardım göstərildikdən sonra evə buraxılıb. Yanvarın 12-si saat 00:05-də ağırlaşma ilə yenidən xəstəxanaya müraciət olunub, təcili yardım şöbəsində yardım edilib. Valideynləri tərəfindən Bakıya aparılarkən yolda dünyasını dəyişib".

Faktla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi araşdırma aparır.