Sistit və sidik kisəsi iltihabına qarşı təbii antibiotik - Xalq resepti

  • 2018.09.07 18:31
  • 34998 Baxış
Sistit və sidik kisəsi iltihabına qarşı təbii antibiotik -  Xalq resepti

Sidik kisəsi və kanalı iltihabından, infeksiyalarından əziyyət çəkən insanlar tez-tez sidiyə gedir, qarının aşağısında ağrı, yanğı hiss edir, sidiyə ağrılı gedir.




Əgər bu simptomları və sistiti aptekə getmədən, təbii yolla aradan qaldırmaq istəyirsizsə, Medicina.az-ın təqdim etdiyi super antibiotik reseptini sınayın. 




Sizə lazımdır:




- Cəfəri – 250 qr




- Limon – 250 qram




- Təmiz bal -  250 qr




- Zeytun yağı – 200 ml




Cəfəri doğranılıb, blenderə qoyulur. Bura limon, zeytun yağı və bal qatılıb, tam həll olana kimi blenderdə qarışdırılır. Qarışımı soyuducuya qoyun. Hər gün səhər 2 xörək qaşığı qəbul edin.




Müalicə ərəfəsində kofe, kofein, şokolad qəbul etməyin.