Siyəzəndə 7 yaşlı uşaq naməlum səbəbdən öldü

  • 2023.05.24 09:24
  • 1995 Baxış
Siyəzəndə 7 yaşlı uşaq  naməlum səbəbdən öldü
Siyəzəndə bədbəxt hadisə baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, şəhər sakini, 2016-cı il təvəllüdlü uşaq qəfildən dünyasını dəyişib.


Yaxınları onu Siyəzən Regional Diaqnostika Mərkəzinə gətirsələr də o artıq xəstəxanaya çatana kimi ölüb.

Hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəlib.

Azyaşlının ölüm səbəbinin dəqiqləşdirilməsi üçün müvafiq ekspertizalar təyin olunub.

Faktla bağlı araşdırmalar davam etdiriləcək.