Dəcəl uşaqlar ata-analarını daha çox ümidsiz edirlər, amma gələcəkdə onlar daha uğurlu olurlar.
“Medicina” xəbər verir ki, alman tədqiqatçılarının 745 uşaq üzərində apardığı araşdırma bu nəticəyə gəlib. Uşaq nə qədər dəcəl olarsa, yetkinlik dövründə bir o qədər çox pul qazanır. Ancaq yaxşı oğlanlar və qızlar, xüsusən əlaçılar yüksək nəticələr göstərə bilmir.
Tədqiqat müəlliflərinin vurğuladığı kimi, müəyyən edilmiş qaydaları pozmaq və valideyn səlahiyyətlərinə müqavimət göstərmək gələcəkdə özgüvənli olmaq və yüksək qazancın əla göstəriciləridir.
Tədqiqatın müəllifləri bu parodoksun səbəbini açıqlaya bilməyiblər: niyə itaətsiz uşaqlar itaətkarlardan daha uğurlu olur?. Sözdə üsyankar insanlar maaş artımına gəldikdə daha aqressiv davranırlar. Bundan əlavə, yetkinlik yaşına çatan belə uşaqlar qanunları pozur və ya qeyri-etik davranışlara əl atırlar.
Odur ki, uşağınızın davranışına görə çox narahat olmayın. İndi elm adamları üsyankar təbiətin müsbət xüsusiyyətlərini sübut edir. İtaətsiz uşaqların enerjisi konstruktiv bir kanala yönəldilməlidir.
Aygün Musayeva