Soda bu xəstəlikdə faydalıdır

  • 2020.12.11 17:27
  • 2645 Baxış
Soda bu xəstəlikdə faydalıdır

Revmatoid artrit xəstəliyindən əziyyət çəkən insanlar soda məhlulunu içməlidirlər.


Medicina.az xəbər verir ki, bunu Corcıya Tibb kolecinin (ABŞ) mütəxəssisləri tövsiyə ediblər.

Bu xəstəlik zamanı orqanizmin immun sistemi hüceyrələri oynaqlara hücum edərək onları dağıdır, iltihab və ağrılara səbəb olur.

Bir çox digər autoimmun xəstəliklər kimi bu xəstəliyin səbəbi də sona qədər məlum deyil və xəstəlik tam müalicə olunmur.


Araşdırma göstərib ki, soda immun hüceyrələrə oynaqları dağıtmağa mane olur, iltihab və ağrıları azaldır.