Son həftədə yoluxanların sayı 3,3 milyondan çox artıb - ÜST

  • 2020.11.04 09:19
  • 23707 Baxış
Son həftədə yoluxanların sayı 3,3 milyondan çox artıb -  ÜST

Dünyada son həftə ərzində koronavirusa yoluxanların sayı 3,3 milyondan çox artıb. Bu, pandemiyanın başladığı vaxtdan indiyədək qeydə alınan ən yüksək göstəricidir.

“TASS” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Daha əvvəlki rekord ötən həftə (19-25 oktyabr) qeydə alınmışdı – 2,8 mindən çox hal.

Son 7 gündə ölənlərin sayı isə 45 mindən çox artıb. Bu, ötən həfə ilə müqayisədə 9 min çoxdur.

Qeyd edək ki, dünyada ümumilikdə 47 milyondan çox insan koronavirusa yoluxub, 1 milyondan çox insan bu virusdan dünyasını dəyişib, 34 milyondan çox insan isə sağalıb.