Sonsuzluq və qidalanma arasındakı əlaqə - MƏSLƏHƏTLƏR

  • 2021.04.23 16:06
  • 1403 Baxış
Sonsuzluq və qidalanma arasındakı əlaqə -  MƏSLƏHƏTLƏR
Günümüzdə ən çox qarşılaşdığımız problemlərdən biri də sonsuzluqdur.

Medicina.az xəbər verir ki, türkiyəli həkim Öznur Dündar Akın sonsuzluqla qidalanma arasında əlaqədən danışıb:

“Qidalanmaq insanın böyümə və inkişafı üçün çox önəmlidir. Ehtiyac olduğunda lazımi qida və vitaminlərdən ala bilərsiniz. Sonsuzluq problemi yaşamamaq üçün qidalanmanızda diqqətli olmalı olduğunuz nöqtələr var.

Bunlar,

Çok zəif ya da çox kilolu olmaq
Yemə pozuntusuna sahib olmaq
Vegetarian qidalanmaq
Müəyyən edilmiş qidalarla bəslənmək və ya onlardan yeməmək
Çox idmanla məşğul olmaq
Stressli həyat
Tez-tez çəki alıb-vermək

Sonsuzluq problemi yaşayan insanların bəslənməsinə fikir versək, vegetarian qidalanmaq, az yağlı ya da çox yağlı qidalanmaq, meyvə və tərəvəzləri müəyyən miqdarda yemək, süd məhsulları və qırmızı ət yeməmək kimi hallarla qarşılaşa bilərik.

Bunlardan başqa isə çox yemək yemək, hərəkət etməmək, şəkərdən çox istifadə etmək sperma və yumurtaya təsir edər.

Düzgün qidalanmaqla sperma hərəkətliliyi və qadının hamilə qalma ehtimalı artar. Balıq yağı, omeqa 3 vitamini, kətan toxumu, qoz kimi qidaların qəbulu məsləhət edilir.

NƏ ETMƏLİ?

Sonsuzluğun səbəblərindən biri də GMO (Genetik Modifikasiya olunmuş Orqanizm) və hormonlu qidalardır. Hormonal qidalar qadınlarda östrojenə təsir edərkən, kişilərdə döşlərdə böyümə və cinsi gücün itirilməsinə səbəb olur.

Hamiləlikdən əvvəl tünd sarı və narıncı rəngdəki meyvə və tərəvəzlərin çox qəbulu da orqanizmə mənfi təsir edər. Pəhrizlərdə yetərli miqdarda alınmayan dəmir, sink, B12 vitamini sonsuzluğa yol açar.

Bundan başqa, alkoqol istifadəsi, qadınların gündə 4 stəkandan çox kofein alması da buna təsir edən amillərdəndir. Həmçinin, siqaret istifadəsi də həm qadınların yumurtalarına, həm də kişilərin spermalarına mənfi təsir edər.