Şorba yeməyənlərin mədəsində yara əmələ gəlir? - Həkimdən açıqlama

  • 2022.02.23 15:19
  • 3624 Baxış
Şorba yeməyənlərin mədəsində yara əmələ gəlir? -  Həkimdən açıqlama
Sovet dövründən qidalanmada belə bir qızıl qayda var ki, günorta və axşam yeməyində mütləq birinci qida sulu yemək, şorba olmalıdır. Bu bağça və məktəbdən insanlara aşılanıb. Şorba yeməyinin mədəsi quruyur, yara əmələ gəlir inancı var.

Medicina.az bu fikrin tibbi baxımdan düzgün olub-olmadığını araşdırıb. Rusiyalı həkim dietoloq, genetik Larisa Bavıkina
şorba barədə fikrə aydınlıq gətirib.


- Hər gün sulu qida, şorba yemək mütləqdirmi?

"Hər gün mütləq birinci yeməkj şorba olmalıdır fikri təəssüf ki, əsaslandırılmamış mifdir. Sağlam qidalanmanın əsas prinsipi – düzgün boşqab prinsipidir. Yəni boşqabınızda yeməyinizin yarısı meyvə-tərəvəz, 4-də bir hissəsi zülal – yəni ət, qalan hissəsi gec həzm olunan karbohidratlar – yarmalar, sıyıqlar, çörək, düyü, makaron və taxıllar olmalıdır.

İçkilərdən isə yalnız su.
Siz bu qidaları istər quru, istər sulu bişirib yeyə bilərsiz, mədə və həzm sistemi üçün bunun fərqi yoxdur.

Mədədə yara, qastriyin 80% hallarda səbəbi Helicobakteri ilə bağlıdır, bunun isə şorba ilə əlaqəsi yoxdur. Mədədə qastrit olduqda xəstəyə bir müddət pəhriz təyin olunur, bu zaman yeməklər püre şəklində yumşaq olmalıdır"

MEDİCİNA.AZ